Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb

    Bölmə: Gündəm / Siyasət Yazının tarixi: 24-12-2019, 10:01
    Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb

    Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ölkə üzrə bütün məntəqələr - 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.

    Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    Bildirilib ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb. Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik. Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıblar.

    MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə ediblər. Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir. Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir. Gün ərzində MSK-nın 115 - “qaynar xətt”inə 220 müraciət daxil olub. Bunlardan 90-nı seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı sorğulardır. 130 müraciət isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli olub.

    Məzahir Pənahov deyib ki, səsvermə məntəqələrinin 1000-də, yəni, təxminən 20 faizə yaxınında veb-kameralar quraşdırılmışdır. Bu veb-kameralara gün ərzində 198069 müraciət olub. Bunlardan 130218-i, yəni, 65,7 faizi ölkə daxilindən, 67851-i isə (34,3 faizi) xaricdən olub. Bu, çox diqqətçəkən rəqəmdir. Yəni, bu, seçkilərə kifayət qədər diqqətin olmasının göstəricisidir. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının internet səhifəsindən istifadəçi sayı 282627 nəfər olub. Bu da ictimaiyyətin seçkilərə marağının göstəricisidir.

    Sonda suallar cavablandırılıb
    Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
16-01-2020, 19:18-Abşeronda “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb
__________________
15-01-2020, 15:29-Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
__________________
15-01-2020, 15:18-Qar yağacaq - HAVA PROQNOZU
__________________
15-01-2020, 15:09-Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
__________________
15-01-2020, 14:58-Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib.
__________________
14-01-2020, 17:59-Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır
__________________
14-01-2020, 16:27-Ötən il AMEA-nın Şərqşünaslıq İnstitutunda 24 kitab nəşr olunub
__________________
14-01-2020, 16:02-Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib
__________________
14-01-2020, 15:12-İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
__________________
13-01-2020, 12:31-İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi
__________________
12-01-2020, 16:24-Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb
__________________
11-01-2020, 16:50-“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb
__________________
11-01-2020, 15:26-Rayon rlhblri Mehdiabad qəsəbəsinin təmir olunacaq küçələrinə baxış keçirdi
__________________
11-01-2020, 12:29-“Xalqa xidmət etmək mənim borcumdur” - Prezident
__________________
11-01-2020, 12:07-“Xalqa xidmət etmək mənim borcumdur” - Prezident
__________________
11-01-2020, 11:54-Yağışlı hava nə vaxta qədər davam edəcək? - Açıqlama
__________________
11-01-2020, 11:38-Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!
__________________
11-01-2020, 11:27-Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq
__________________
10-01-2020, 20:46-Aİ Azərbaycana bərpa olunan enerji mənbələri üzrə ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır
__________________
10-01-2020, 20:24-Rayon rəhbəri Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü
__________________
10-01-2020, 14:55-Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
__________________
10-01-2020, 12:09-Prezident İlham Əliyev “ACWA Power” şirkətinin idarə heyətinin sədrini və “Masdar” şirkətinin icraçı direktorunu qəbul edib
__________________
9-01-2020, 18:33-Deputatlığa namizədlər üçün SON gün
__________________
9-01-2020, 18:08-Prezident Nərminlə bağlı cinayət işini nəzarətə GÖTÜRÜB
__________________
9-01-2020, 16:32-Prezident Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
__________________
9-01-2020, 15:57-Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
__________________
9-01-2020, 15:33-Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
__________________
9-01-2020, 09:59-Deputatlığa namizədlər üçün SON gün
__________________
7-01-2020, 23:24-Prezident İlham Əliyev Vüqar Əhmədovu qəbul etdi
__________________
6-01-2020, 14:49-Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir
__________________
6-01-2020, 14:18-Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ağır günlərdə yerli əhali ilə həmrəylik nümayiş etdirir
__________________
6-01-2020, 14:04-Sabah bəzi yerlərdə duman olacaq
__________________
5-01-2020, 18:24-Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
__________________
5-01-2020, 12:06-Yol Polisi sürücülərə bir daha müraciət etdi
__________________
5-01-2020, 11:33-Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır
__________________
4-01-2020, 16:00-Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
__________________
4-01-2020, 15:42-Sabah da yağış yağacaq... - Hava proqnozu
__________________
4-01-2020, 15:22-Naqif Həmzəyev: “Könüllülər ili” gənclər siyasətinə yeni nəfəs gətirəcək"
__________________
4-01-2020, 15:06-Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten çap ediləcək
__________________
1-01-2020, 21:06-Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
__________________
1-01-2020, 20:50-“Siçan” ilində sizi bu sürprizlər gözləyir...
__________________
1-01-2020, 12:07-Azərbaycan paytaxtı 2020-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
__________________
1-01-2020, 11:36-Birinci vitse-prezident Mehriban Əliyeva: Həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir
__________________
1-01-2020, 11:26-Prezident İlham Əliyev: 2019-cu ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib
__________________
28-12-2019, 22:57-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Abşeronda qeyd edildi
__________________
28-12-2019, 09:31-Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar
__________________
27-12-2019, 10:46-Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibə verib
__________________
27-12-2019, 09:45-Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
__________________
25-12-2019, 15:38-Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
__________________
25-12-2019, 14:24-XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı
__________________
Sayt Barədə

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Xırdalan" qəzeti 23 noyabr 2006-cı ildən fəaliyyət göstərir

Təsisçi: Xırdalan qəzeti
Direktor: Anar Nağıyev
Baş redaktor:Tələt Talıbov
Foto müxbir:Tərlan Muqbilov
Tel: 051 316-40-90
e-mail:xirdalan[email protected]

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Hazırladı: Elxan Babayev ~©~ ~2016~