Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar

    Bölmə: Gündəm / Siyasət Yazının tarixi: 28-12-2019, 09:31
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar



    Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

    "Şahdağ" Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürdü.

    Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən "Şahdağ" Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ" Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

    Son illərdə burada xeyli iş görülüb. Dövlətimizin başçısı ən hündür nöqtədə tikilən "Shahdag 2351" kafesinin qarşısında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.

    Prezident İlham Əliyev yerli və xarici turistlərlə söhbət etdi. Turistlər "Şahdağ" Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildirdilər.

    Qeyd edək ki, "Welcome Shahdag" ərazisinin giriş hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolağı salınıb. "Welcome Shahdag" turistlərin mərkəzdə qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün "Welcome Plaza" binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ Zirvə yolu inşa edilib.

    Baş Nazirin birinci müavini Yaqub Eyyubov və "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildirdilər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində "Şahdağ" Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. 5 saylı kanat yolunun yuxarı operator məntəqəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə inşa edilib. Bu, 1 saylı kanat yolunun yuxarı stansiyasından 250 metr daha hündürdə yerləşir. 600 metrlik 20 saylı kanat yolu "Welcome Shahdag" ərazisi ilə Zirvə lift bazasını, 5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı və ya "Shahdag 2351" kafesi ilə birləşdirir. O da qeyd olundu ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb. Ərazinin abadlaşdırılması işləri indi də davam edir və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək.

    Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, "Şahdağ" Turizm Mərkəzinin "Main Plaza" adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri 72 yerlikdir. Buraya gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında kinoteatr mühüm rol oynayacaq. Kinoteatrın Yeni il bayramında turistlərin istifadəsinə verilməsi planlaşdırılır. Bundan əlavə, dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, "Music Hall" inşa edilib.

    "Şahdağ" Turizm Mərkəzində görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, bura indi dünya səviyyəli xizək kurortudur. Burada həm peşəkarlar, həm də yeni başlayanlar üçün çox rahat enişlər var. Gələcəkdə kompleksin genişləndirilməsi ilə bağlı əlavə planlar olacaq.

    Prezident İlham Əliyev "Şahdağ" Turizm Mərkəzinin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verdi.

    Dövlətimizin başçısı və xanımı turistlərlə, kompleksin işçiləri ilə xatirə şəkilləri çəkdirdilər.

    Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan "Şahdağ" Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına diqqətin göstəricisidir. Bu çərçivədə "Şahdağ" Turizm Mərkəzində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan "Şahdağ" Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak ediblər.
16-01-2020, 19:18-Abşeronda “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb
__________________
15-01-2020, 15:29-Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
__________________
15-01-2020, 15:18-Qar yağacaq - HAVA PROQNOZU
__________________
15-01-2020, 15:09-Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
__________________
15-01-2020, 14:58-Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib.
__________________
14-01-2020, 17:59-Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır
__________________
14-01-2020, 16:27-Ötən il AMEA-nın Şərqşünaslıq İnstitutunda 24 kitab nəşr olunub
__________________
14-01-2020, 16:02-Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib
__________________
14-01-2020, 15:12-İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
__________________
13-01-2020, 12:31-İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi
__________________
12-01-2020, 16:24-Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb
__________________
11-01-2020, 16:50-“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb
__________________
11-01-2020, 15:26-Rayon rlhblri Mehdiabad qəsəbəsinin təmir olunacaq küçələrinə baxış keçirdi
__________________
11-01-2020, 12:29-“Xalqa xidmət etmək mənim borcumdur” - Prezident
__________________
11-01-2020, 12:07-“Xalqa xidmət etmək mənim borcumdur” - Prezident
__________________
11-01-2020, 11:54-Yağışlı hava nə vaxta qədər davam edəcək? - Açıqlama
__________________
11-01-2020, 11:38-Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!
__________________
11-01-2020, 11:27-Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq
__________________
10-01-2020, 20:46-Aİ Azərbaycana bərpa olunan enerji mənbələri üzrə ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır
__________________
10-01-2020, 20:24-Rayon rəhbəri Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü
__________________
10-01-2020, 14:55-Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
__________________
10-01-2020, 12:09-Prezident İlham Əliyev “ACWA Power” şirkətinin idarə heyətinin sədrini və “Masdar” şirkətinin icraçı direktorunu qəbul edib
__________________
9-01-2020, 18:33-Deputatlığa namizədlər üçün SON gün
__________________
9-01-2020, 18:08-Prezident Nərminlə bağlı cinayət işini nəzarətə GÖTÜRÜB
__________________
9-01-2020, 16:32-Prezident Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
__________________
9-01-2020, 15:57-Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
__________________
9-01-2020, 15:33-Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
__________________
9-01-2020, 09:59-Deputatlığa namizədlər üçün SON gün
__________________
7-01-2020, 23:24-Prezident İlham Əliyev Vüqar Əhmədovu qəbul etdi
__________________
6-01-2020, 14:49-Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir
__________________
6-01-2020, 14:18-Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ağır günlərdə yerli əhali ilə həmrəylik nümayiş etdirir
__________________
6-01-2020, 14:04-Sabah bəzi yerlərdə duman olacaq
__________________
5-01-2020, 18:24-Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
__________________
5-01-2020, 12:06-Yol Polisi sürücülərə bir daha müraciət etdi
__________________
5-01-2020, 11:33-Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır
__________________
4-01-2020, 16:00-Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
__________________
4-01-2020, 15:42-Sabah da yağış yağacaq... - Hava proqnozu
__________________
4-01-2020, 15:22-Naqif Həmzəyev: “Könüllülər ili” gənclər siyasətinə yeni nəfəs gətirəcək"
__________________
4-01-2020, 15:06-Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten çap ediləcək
__________________
1-01-2020, 21:06-Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
__________________
1-01-2020, 20:50-“Siçan” ilində sizi bu sürprizlər gözləyir...
__________________
1-01-2020, 12:07-Azərbaycan paytaxtı 2020-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
__________________
1-01-2020, 11:36-Birinci vitse-prezident Mehriban Əliyeva: Həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir
__________________
1-01-2020, 11:26-Prezident İlham Əliyev: 2019-cu ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib
__________________
28-12-2019, 22:57-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Abşeronda qeyd edildi
__________________
28-12-2019, 09:31-Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar
__________________
27-12-2019, 10:46-Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibə verib
__________________
27-12-2019, 09:45-Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
__________________
25-12-2019, 15:38-Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
__________________
25-12-2019, 14:24-XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı
__________________
Sayt Barədə

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Xırdalan" qəzeti 23 noyabr 2006-cı ildən fəaliyyət göstərir

Təsisçi: Xırdalan qəzeti
Direktor: Anar Nağıyev
Baş redaktor:Tələt Talıbov
Foto müxbir:Tərlan Muqbilov
Tel: 051 316-40-90
e-mail:[email protected]

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Hazırladı: Elxan Babayev ~©~ ~2016~